• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya Ukraynaya min ədəddən çox hərbi texnika yeridib”

“Rusiya Ukraynaya min ədəddən çox hərbi texnika yeridib”
26.02.2015 15:19
"Rusiyanın Ukraynanın şərqində yaratdığı münaqişə müvəqqəti hal deyil, qlobal xarakter daşıyır”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdən sonra bildirib.

F. Bridlav deyib ki, ötən illə müqayisədə Avropa tamamilə fərqli və daha mürəkkəb təhlükəsizlik problemi ilə üzləşib. Onun fikrincə, bu, regional  deyil, müvəqqəti xarakter daşımayan dayanıqlı qlobal təhdiddir.

General bəyan edib ki, Rusiya ağır artilleriyasının və hərbi texnikasının Ukrayna sərhədini keçməsinə dair əsaslı sübutlar var. O, Rusiyanın tanklar, zirehli maşınlar və digər hərbi texnika növləri də daxil olmaqla, ümumilikdə 1000 (min) ədəddən çox hərbi texnikanı Ukraynaya yeritdiyini açıqlayıb: "Bu qüvvələr cəbhədə Ukrayna ordusuna qarşı istifadə edilir. Bizim münaqişə zonasında gördüklərimiz Rusiyanın revanşizmidir və o, beynəlxalq qayda və normalara uyğun davranmır. Onun fəaliyyəti qonşu ölkələrdə destabilizasiya yaradır və əvvəl dediyim kimi, qlobal təsirə malikdir”.   

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol