İŞİD qədim tarixi abidələri yerlə-yeksan etdi - VİDEO

İŞİD Mosulun da tərkibində olduğu Nineva əyalətindəki arxeologiya muzeyini yerlə yeksan edib.
ANN.Az cnnturk.com-a istinadən xəbər verir ki, İŞİD işğal etdiyi hər yerdə, məzar, türbə kimi məkanları və mədəni heç bir əsəri salamat saxlamır, hamısını dağıdıb tələf edir.
Son görüntülər Ninovadaki Nineveh Arxeologiya Muzeyindəndir. Əllərində çəkic, dağıdıcı alətlərlə muzeyə girən İŞİD üzvləri, Mesopotamiya bölgəsində yaşamış əhaliyə aid min illik heykəl, abidə və digər əsərləri qırıb, parçalayıb. Etdiklərini kameraya çəkən İŞİD üzvləri bu görüntüləri sonra internetdə yayıblar.
Qeyd edək ki, İŞİD daha əvvəl də Mosulda aralarında nadir əlyazma əsərlərinin olduğu 10 min kitab saxlanılan Mosul Kitabxanasını da yandırmışdı.
ANN.Az
























