• $
  • €
  • ₽
  • ₺
  • £

Boris Nemtsovun vəkili: Nemtsovun ünvanına bir neçə ay bundan əvvəl hədələr gəlib

Boris Nemtsovun vəkili: Nemtsovun ünvanına bir neçə ay bundan əvvəl hədələr gəlib
28.02.2015 10:12
 Fevralın 27-də Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilən tanınmış müxalif siyasətçi Boris Nemtsovun sosial şəbəkələrdən ünvanına hədələr aldığı məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib. Vəkil bildirib ki, mərhum B.Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: "Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı". Vadim Proxorov Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də söyləyib.
 
Öz növbəsində, hüquq-mühafizə orqanları B. Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.
 
Qeyd edək ki, Boris Nemstov fevralın 27-dədə saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında qətlə yetirilib. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova 7-8 dəfə atəş açıblar. O, hadisə yerində keçinib. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin törədilmə versiyası kimi "sifariş"in əsas götürüldüyünü bəyan edib

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol