• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya prezidentinin mətbuat katibi: “Boris Nemtsovun qətli təxribatdır”

Rusiya prezidentinin mətbuat katibi: “Boris Nemtsovun qətli təxribatdır”
28.02.2015 12:53
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müxalifətçi Boris Nemtsovun qətlini təxribat adlandırıb.

APA-nın məlumatına görə, "Kommersant" radiosuna açıqlama verən D. Peskov bildirib ki, müxalifətin yaxın günlərdə planlaşdırdığı bəzi tədbirlər, habelə Ukraynadakı hadisələr üzündən yaşadığımız emosionallıq fonunda bu qətl təxribat kimi görünə bilər.
 
"Məlumdur ki, Boris Nemtsov müxalifətçi olub. Onun Kiyevdə müxtəlif insanlarla əlaqələri olub. Nemtsov Kiyevə tez-tez gedirdi. Bu sirr deyil, hər kəsə məlumdur”,- deyə D.Peskov vurğulayıb.
 
Qərb dövlətlərinin bu cinayətə reaksiyalarına gəldikdə isə D.Peskov qeyd edib ki, hazırkı vəziyyətdə Qərbin nə düşündüyü onəmli deyil: "İstintaqın nəticələrini gözləmək lazımdır. Rusiya prezidenti Nemtsovun yaxınlarına başsağlığı verməlidir”.
 
D. Peskov siyasətçinin ölümünün yeganə şahidi ukraynalı model Anna Duritskayanın olması ilə bağlı məsələyə toxunaraq qızın cinayətdəki rolunu aydınlaşdırmaq üçün istintaq orqanlarının araşdırmasını gözləməyi məsləhət görüb.
 
APA-nın "LifeNews”a istinadən verdiyi xəbərə görə, B. Nemtsovun Moskvadakı mənzilində axtarış aparılır. Tədqiqatçılar hesab edirlər ki, onun biznes və siyasi fəaliyyəti ilə əlaqədar bütün materiallar cinayətin araşdırılmasında kömək edə bilər.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə "İnterfaks”a bildirib ki, həmçinin B.Nemtsovun kompüterindəki materiallar da araşdırılacaq. Onun həyatının son günlərindəki vəziyyəti aydınlaşdırmaq üçün qonşular da sorğu-sual edilə bilər.
 
Onu da əlavə edək ki, Moskvada xüsusi əməliyyat keçirilərək Nemtsovun qatillərinin olduğu avtomobil müəyyənləşdirilib. Avtomobilin markası və nömrəsi müəyyənləşdirilərək axtarışa verilib.
 
Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən biri olan B. Nemtsov qətlə yetirilib.Hadisə 27 fevral, saat 23:40 radələrində baş verib. Moskvanın mərkəzində, küçədə ağ avtomobildən B. Nemtsova dörd dəfə atəş açılıb. Kürək nahiyyəsindən aldığı yaralardan B. Nemtsov hadisə yerində keçinib.
 
ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol