• $
  • €
  • ₽
  • ₺
  • £

"Guardian"ın Nemtsovun qətli ilə bağlı manşet yazısı

"Guardian"ın Nemtsovun qətli ilə bağlı manşet yazısı
02.03.2015 20:59
İngiltərənin məşhur "Guardian" qəzeti ön səhifəsinin əsas yazısını bu günlərdə Kreml yaxınlığında öldürülən məşhur rus müxalif lideri Boris Nemtsova həsr edib. Yazı "Kremlin kölgəsindəki cinayət: Putinin etdiklərinə göz yummaq hamımız üçün təhlükəlidir" adlanır. Məqalədə Putinin hakimiyyətdə olduğu dövr ərzində çox sayda siyasi cinayətin törədildiyi irəli sürülür və 2006-cı ildəki müxalif jurnalist Anna Politkovskaya ilə köhnə kəşfiyyat agenti Aleksandr Litvinenkonun qətlləri xatırladılır.

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, yazıda Nemtsov sui-qəsdi isə belə izah edilir:

"Boris Nemtsovun sui-qəsd nəticəsində öldürülməsi Rusiya üçün dönüş nöqtəsi ola bilər. Çünki Nemtsovun öldürülməsi, Putinin Ukrayna döyüşünü başladıb Rusiyanın genişləməsinə istiqamətləndikdən sonra meydana gələn ilk siyasi cinayətdir. Nemtsov Rusiyanın Ukraynadakı müharibəni necə qızışdırdığını sənədləriylə ortaya çıxarmağa hazırlaşırdı. Verdiyi son açıqlamalarda da Putinin onu öldürə biləcəyindən ehtiyat etdiyini demişdi".

Qəzetin manşet yazısı Putin iqtidarının Nemtsov cinayətini araşdırma formasını da tənqid edir:

"İstintaqı birbaşa Putinə bağlı qurumlar icra edəcək. Beləcə, Putin istintaqdan özünə zərər verə biləcək hər hansı bir nəticə çıxmasının qarşısını almış olur.  
Bu da Rusiyada gücün necə tək bir adamın əlində toplandığını göstərir".
 
Nemtsovun Moskvanın mərkəzində, təhlükəsizlik kameralarının daimi müşahidəsi altında olan bir yerdə öldürülməsi də əsas sübut kimi dəyərləndirilir:

"Nemtsov birbaşa Putinin əmri ilə öldürülmüş olsun, ya olmasın, bu hadisə təbliğatla bəslənən milliyyətçi iqtidarın müxalifəti necə susdurduğunun acı bir nümunəsi oldu. Putin iqtidarına qarşı çıxanlar Stalin dövründə olduğu kimi "xainlik"də günahlandırılır. Nemtsov sui-qəsdi Rusiyanın daha qaranlıq və zorakı bir rejimə doğru getdiyini göstərir."

ANN.Az


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol