• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyaya döyüşdüklərinə görə nə qədər azərbaycanlı tutulub?

Suriyaya döyüşdüklərinə görə nə qədər azərbaycanlı tutulub?
05.03.2015 18:46
Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi dövlət təhlükəsizliyi ilə bağlı illik hesabatında bildirilir.
 
Hesabatda qeyd olunur ki, son dövrlər Azərbaycan respublikası vətəndaşlarının dini radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə halları məsələyə yeni yanaşmanı, belə neqativ təzahürlərə və ümumilikdə terrorçuluqla mübarizəni daha da kəsərli aparılmasını zəruri edib.
 
Belə ki, hesabat ili ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər, Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olan 2 nəfər, insan oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən və qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edərək saxlayan, radikal dini yönümlü daha 3 nəfər, eləcə də dindarlar arasında nifaq salınması məqsədi ilə məsciddə yanğın törədən 3 və qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audi və video materialları satmaqla məşğul olan daha 4 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
 
Bundan başqa, Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror təxribat xarakterli cinayətlər törətmək niyyətində olan radikal dini ekstremist qruplaşmanın 3 üzvü həbs edilməklə, barələrində Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq istintaq aparılır.
 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol