• $
  • €
  • ₽
  • ₺
  • £

Nemtsovun qızı:"Əgər o təhlükə törətmirdisə, müxalifət liderini öldürmək nəyə lazım idi?”

Nemtsovun qızı:"Əgər o təhlükə törətmirdisə, müxalifət liderini öldürmək nəyə lazım idi?”
05.03.2015 20:40
Fevralın 28-i gecə saatlarında Moskvanın mərkəzində öldürülən rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova atasının siyasi motivlər əsasında qətlə yetirildiyin düşünür.
 
Modern.az saytı xəbər verir ki, Britaniyanın "The Times” qəzetinə müsahibə verən Nemtsova Rusiyadakı mövcud hakimiyyətin atasının qətlində maraqlı olduğunu deyib: 

"Əlbəttə, kimisə sübutsuz ittiham etmək olmaz. Məndə bu sübutlar yoxdur. Bütün bunlar mənim təəssüratlarımdır, lakin tamamilə əminəm ki, o, öz prinsip və fəaliyyətinin qurbanı olub. Mən bilirəm ki, hakimiyyət nümayəndələri atamın onlar üçün təhlükəli olmadığını deyib. Amma əgər o təhlükə törətmirdisə, müxalifət liderini öldürmək nəyə lazım idi?”. 

Janna Nemtsova qətlin ailələri üçün şok olduğunu deyib: "Qətl sonuncu variantdır. Onu içəri sala bilmirdilər, çünki ədalətli birisi idi. Səbəb tapa bilmirdilər. İndi mənim üçün çox ağır bir dövrdür. Düşünürdüm ki, atam kimi güclüyəm, amma həmişə yox. İndi seçimim yoxdur, çünki atam yanımda deyil”.

Boris Nemtosun qızı müsahibəsində onu da deyib ki, rəsmi araşdırmaya etibar etmir. İstintaqçılar mərhumun yaxınları ilə bir dəfə olsun əlaqə qurmayıblar və onlara heç bir sual verməyiblər.

Janna Nemtsova atası ilə son danışdığı günü də xatırlayıb: "Atamla sonuncu dəfə cümə günü axşam danışdım. Həmin gecə anam da bizə qonaq gəlmişdi. O, yatmaq istəyərkən telefon zəng çaldı. Atamızın ölüm xəbərini bizə çatdırdılar. Anamın qışqırıq səslərini eşitdim. Fikirləşdim ki, oğrular evimizə giriblər”.

Nemtsova sonradan hadisə yerinə getdiklərinin amma bu zaman artıq atasının cəsədinin olay yerində olmadığını xatırlayır.

Jurnalist xanım insanların qorxu içində olduğunu düşünür: "Əvvəl insanlar qorxurdularsa, indi on min dəfə daha çox qorxurlar”.

31 yaşlı Janna Nemtsova "RBK” telekanalında aparıcı kimi çalışır.  Onun atası Boris Nemtsov fevralın 27-si gecə radələrində Moskvanın mərkəzində muzdlu qatil tərəfindən qətlə yetirilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol