• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınlar haqqında 15 fakt

Qadınlar haqqında 15 fakt
08.03.2015 16:30
Qadınlar haqqında bir çox araşdırmalar aparılıb. Bunların bəziləri qadınların xarakterini, bəziləri isə fiziki xüsusiyyətlərini araşdırmaq üçün edilib. 

ANS PRESS məhz həmin araşdırmalar nəticəsində əldə olunan məlumatları oxucularla bölüşür. 

1. Qadınların orta ömür həddi adətən kişilərin orta ömür həddindən çoxdur.

2. Uşaq dünyaya gətirmə yaşında olan qadınlarda insult və infarkt riski başqalarına nisbətən daha azdır. Çünki həmin yaşda olan qadınların hormonal sistemi daha güclüdür və buna görə də onlar bu təhlükələrdən daha çox mühafizə olunurlar.

3. Qadınlar orta hesabla ildə 30-64 dəfə ağlayırlar. Halbuki kişilər ildə cəmi 6-17 dəfə ağlayırlar.

4. Kişilərə nisbətən qadınların ürəyi daha sürətlə döyünür.

5. Qadınlarda ümumilikdə menstruasiya dövrü onların ömrünün təxminən 4 ilinə bərabərdir.

6. Dünyada hər 90 saniyədə bir hamilə və ya uşaq dünyaya gətirən qadın ölür.

7. Dünyada ən çoxuşaqlı qadının 69 övladı olub.

8. Qadınlarda kişilərə nisbətən daha çox dad reseptoru var.

9. Qadınların eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşıdır. Həmçinin toxunma duyğuları və iybilmə də qadınlarda daha çox inkişaf edib.

10. Qadın qaranlıqda daha yaxşı görür. Bundan başqa, qadınlarda periferik görmə daha çox inkişaf edib. Onlar gördüklərinin daha asan qavrayırlar.

11. Qadınlarda nəfəs alma zamanı döş qəfəsi əzələləri, kişilərdə isə qarın əzələləri daha aktivdir.

12. Arxadan çağırılan zaman qadınlar adətən başlarını çevirirlər, kişilər isə bütün bədənlərini. Buna səbəb isə qadınların boyunlarının daha elastik olmasıdır.

13. Qadınlar gözlərini kişilərdən iki dəfə çox qırpırlar.

14. Dünyada təxminən 20 milyon qadının sinəsi "süni"dir. 250 min qadın isə hər il onun korreksiyası üçün cərrahlara müraciət edirlər.

15. Qadınlarla kişilərin sayı arasında tarazlıq yaratmaq üçün dünyada təxminən 100 milyon qadın çatışmır (doğulanlar arasında oğlan uşaqları qızlardan çoxdur).
 
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol