Avropa Birliyindən Rusiyaya 12 milyardlıq zərbə

Avropa Birliyi Rusiya və Macarıstan arasında imzalanan 12 milyard avro dəyərindəki nüvə stansiyası müqaviləsini bloka salıb.
Rusiya və Macarıstan 2014-cü ilin sonlarında "Paks" nüvə stansiyasının beşinci və altıncı sahəsinin tikintisi ilə bağlı müqavilə imzalamışdı. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Financial Times" Macarıstan rəhbərliyinin müqavilə ilə bağlı bəzi detalları təhlükəsizlik məqsədilə gizlətdiyinə, müxalifət nümayəndələrinin bu vəziyyətə sərt reaksiya göstərdiyinə diqqət çəkib. Müxalifətə görə, müqavilə maliyyə cəhətdən bəzi risklər daşıyır və enerji sahəsində Rusiyadan asılılığı artırır.
Bu səbəbdən də Avropa Atom Enerji Birliyi Macarıstanın Rusiyadan nüvə yanacağı qəbulu məsələsinə icazə verməyib və Budapeşt Şəhərinin etirazlarını da rədd edib. Aİ üzvü olan 28 ölkə nümayəndəsinin Brüsseldə keçən həftə keçiriliən iclasında bu müqavilənin bloka salınmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, Macarıstan neft və qaz idxalının mühüm bir qismini də Rusiyadan tədarük edir.
Macarıstan hökuməti müqavilənin bloka salınması ilə bağlı hər hansı bir açıqlama verməyib. Avropa Atom Enerji Birliyi nüvə yanacağının yalnız Rusiyadan təmin edilməsi üzrə müqavilənin yenilənməsi təklif edilir. Əks halda Macarıstanın Rusiya ilə müqaviləsi təktərəfli olaraq ləğv etməsi lazım gələcək.
ANN.Az