• $
  • €
  • ₽
  • ₺
  • £

IV Beynəlxalq muğam müsabiqəsinə start verilib

IV Beynəlxalq muğam müsabiqəsinə start verilib
29.05.2020 12:13
Martın 15-də Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq muğam müsabiqəsinin açılışı olub. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, "Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak edirlər.

Əvvəlcə instrumental muğam ifaçılığı üzrə püşkatma olub. Sonra iştirakçılar ifalarını təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan təmsilçiləri Mustafa Aşurov (tar) və Tofiq Məmmədov (tar), Zərqələm Cəfərova (kamança), Aygül Həsənova (qanun) və Toğrul Orucov (kamança), Baxış Binyətov (balaban) və Türkiyə təmsilçisi Tolqa Karaslan (ud), İordaniyadan Tareq Cundi (ud), İraqdan Mustafa Zair (ud) çıxış edib.

İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə bəynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə İrandan Dəryuş Təlayi, İraqdan Şeherizada Hassan, Fələstindən Suleyl Xuri və Fransadan Piyer Bois daxildir.

Fasilədən sonra solo muğam ifaçılığı üzrə dinləmələr olacaq. Müsabiqədə Azərbaycanla yanaşı, İran, Latviya, Özbəkistan, Tacikistan və Çini təmsil edən 11 xanəndə çıxış edəcək.

İştirakçıları Siyavuş Kəriminin sədrliyi ilə Kudsi Ergüner (Türkiyə), Şarada Velankar (Hindistan), Aleksandr Cumayev (Özbəkistan) və Brahim El Mazneddən (Mərakeş) ibarət beynəlmiləl münsiflər heyəti qiymətləndirəcək.

Martın 16-da müsabiqənin ikinci turu baş tutacaq, 17-də qaliblərin adları açıqlanacaq. Martın 18-də isə "Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcək.
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol