• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: "Krımın ilhaqına şəxsən nəzarət etdim"

Putin: "Krımın ilhaqına şəxsən nəzarət etdim"
16.03.2015 11:31
Krımın ilhaqının 1-ci ildönümü ilə bağlı açıqlama verən prezident Vladimir Putin bölgənin Rusiyaya birləşdirilməsi prosesinə şəxsən özünün nəzarət etdiyini deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Putin Krımın ilhaqının birinci ili münasibətilə Rusiya birinci telekanalının hazırladığı "Krım, vətən yolu" sənədli filmində bəyanatlar verib.

Krımın Rusiyaya birləşdirməsi prosesilə bilavasitə maraqlandığını qeyd edən Putin "Bizim üstünlüyümüz nə idi, bilirsinizmi? Mənim bu işlə şəxsən məşğul olmağım, hər şeyi doğru etdiyimdən irəli gəlmir, ancaq bu işi dövlətin ümdə məsələsinə çevirdiyimdən digərləri üçün də məsələ asanlaşdı" - deyib.

Putin Ukraynada "meydan hadisələri" baş verməsəydi, Krımı anneksiya etmək kimi bir düşüncəsinin olmayacağını ifadə edib: "Ukraynalı radikal qrupların Krımda aksiya planlaşdırdıqları barədə məlumat almışdıq. Ukraynada baş verənlərin fonunda Krımda yaşayan xalqı tək başına buraxa bilməzdik".

Bütün bunlara baxmayaraq, Rusiyanın Ukraynaya hərbi kontingent göndərmədiyini qeyd edən Putin belə deyib: "Rusiyanın Krımdakı hərbi bazalarının mövcud sayı məhdudiyyətləri aşmayıb. Beynəlxalq müqavilələrə uyğun olaraq orada 20 min əsgərimiz var".

"KRIMI QALAYA ÇEVİRDİK"

Putin o dövrdə Krımda hadisələrin istənilən yönə istiqamətlənməsinə hazır olduqlarını bildirib: "İstənilməyən hadisələr baş verəcəyi təqdirdə Rusiyanın nüvə gücünü nümayiş etdirməyə, həyəcan yaratmağa hazır idik".

Referendum zamanı təhlükəsizliyin təmin olunması üçün gördüyü tədbirlərlə Krımı "qalaya çevirdiklərini" bildirən Putin hərbi fəallığın yüksək səviyyədə olduğunu və 20 min tam təchizatlı əsgər, çox sayda S-300 raketi və zirehli maşınların hazır vəziyyətdə olduğunu vurğulayıb. Putin dəniz təhlükəsizliyi məqsədilə "Bastion" raketlərinin də Krıma çevrildiyini qeyd edib.

Yanukoviçi xilas etmə əməliyyatı  
 
Putin 21 Fevral gecəsi Ukraynadan qaçmaq istəyən keçmiş prezident Viktor Yanukoviçlə daim telefonla danışdığını bildirib, onun Rusiyaya gətirilməsi üçün xüsusi qüvvələrə əmr verdiyindən danışıb.

Yanukoviçin rus vertolyotları vasitəsilə Kiyevdən Krıma aparıldığına işarə edən Putin onun daha sonra Rusiya ərazisinə çatdırıldığını deyib

ANN.Az


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol