• $
  • €
  • ₽
  • ₺
  • £

Kseniya Sobçak Rusiyanı tərk etdi

Kseniya Sobçak Rusiyanı tərk etdi
16.03.2015 11:52
Putinin köməkçisi məlumatları absurd adlandırır.

Məşhur teleaparıcı Kseniya Sobçak xüsusi xidmət orqanlarının tövsiyəsi əsasında Rusiyanı tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

Qəzetin məlumatına görə, martın 13-də Sobçak "ÇDL” restoranında rəhbərlik etdiyi L'Officiel jurnalının yeni nömrəsinin çıxması ilə əlaqədar ziyafət verib.

"Millətlər teatrında "Jenitba” tamaşasının premyerasını və bu ziyafəti ləğv edə bilmədim, lakin sabah Rusiyanı bir müddətlik tərk edəcəyəm”, - deyə, qəzet onun sözlərindən sitat gətirir.

Teleaparıcının yaxın dostlarının sözlərinə görə, "güllələnmə siyahısı”nda adı olduğu deyilən Sobçak xüsusi xidmət orqanlarının tövsiyyəsi ilə ölkəni tərk edib.

Bundan əvvəl bildirilirdi ki, Sobçak "güllələnmə siyahısı” haqqında məlumatın yayılmasından sonra öz mühafizəsini gücləndirib.

Siyahıda ondan başqa "Exo Moskvı” radiosunun rəhbəri Aleksey Venediktov və Rusiyanı tərk etmiş Mixail Xodorkovski də var.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə "güllələnmə siyahısının” olması barədə məlumatları absurd adlandırıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol