43 il kişi qiyafəsində gəzən qadın mükafatalandırıldı

Misirin Luxor şəhərində qızına baxa bilmək üçün düz 43 il kişi qiyafəsində işə gedib-gələn 64 yaşlı ana Misir hökuməti tərəfindən ilin anası elan edilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Sisa Abu Daooh adlı qadın 21 yaşında ailə qurub və az sonra həyat yoldaşı vəfat edib. Hamilə olan qadın uzun müddət iş axtarır, amma qadın olduğuna görə onu heç kim qəbul etmir. Qızını dünyaya gətirdikdən sonra o, kişi qiyafəsinə girməyi qərara alır və beləliklə tarlalarda, inşaatda, ayrı-ayrı yerlərdə təmizlikçi kimi işləyib pul qazanır və həm özünü, həm də qızını saxlayır.
İllər sonra qızını evləndirir və yükünün azaldığını zənn edən qadın başqa bir həyat sınağı ilə üzləşir. Bu dəfə qızının əri iflic keçirir, Sisa Abu Daooh bu dəfə 3 nəfərin qarşını doyurmaq məcburiyyətində qalır. Hazırda kişi qiyafəli bu qadın Luxor dəmiryolu stansyasında və həm də kişi qoyafəsində ayaqqabı boyamaqla pul qazanır, ailəsini dolandırır.
ANN.Az