Odessa Bakıya birbaşa reysləri bərpa edir

Ukraynanın Odessa şəhəri Bakıya birbaşa təyyarə reyslərini bərpa etməyi planlaşdırır.
ANN.Az "Report"a istinadən xəbər verir ki, Odessa Beynəlxalq Hava Limanından birbaşa həftəlik reyslərin iyunun 13-dən etibarən bərpa edilməsi nəzərdə tutulub.
Odessadan, həmçinin Sankt-Peterburq, Moskva, Vilnüs, Lvov və Xarkova birbaşa uçuşlar da təşkil olunacaq.
ANN.Az
























