• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə prokurorluq orqanları Bülənt Arınc və Melih Gökçək haqqında araşdırmaya başladı

Türkiyədə prokurorluq orqanları Bülənt Arınc və Melih Gökçək haqqında araşdırmaya başladı
29.05.2020 06:25
Ankara Cümhuriyyət Baş Prokurorluğu baş nazirin müavini Bülənt Arınc və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək haqqında araşdırmaya başlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, prokurorluq B.Arınc haqqında vəziyə səlahiyyətlərindən sui-istifadə və cinayəti gizlətmək, M.Gökçək haqqında isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və mənimsəmə iddiaları əsasında araşdırma aparacaq.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd probleminin həlli üçün hökumətin təşkil etdiyi 6 nəfərdən ibarət "izləmə heyəti” haqqında xəbəri olmadığını bildirərək, bu heyətin təsis ediləcəyi təqdirdə belə bunun səhv addım olduğunu bəyan edib. Buna cavab olaraq baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınc ölkə prezidentinin televiziya qarşısına çıxaraq belə bir açıqlama verməsinin doğru olmadığını deyərək, bundan sonra kürd probleminin demokratik həllinin prezidentin deyil, hökumətin işi olduğunu bildirib: "Prezidentimizi sevirik, gücünü bilirik, amma unutmayın ki, bu ölkədə bir hökumət var”.
 
Bundan sonra Ankara Böyükşəhər Bələdiyyə başqanı Məlik Gökçək B.Arıncı işlətdiyi ifadəyə görə istefaya çağırıb. O, "Twitter">Twitter” hesabında B.Arınca "Səni istəmirik” yazaraq, onun istefa verməli olduğunu yazıb, onu F.Gülənin rəhbərlik etdiyi "paralel dövlət”lə əməkdaşlıqda günahlandırıb, qızı və kürəkəninin F.Gülənin ən fəal tərəfdarları sırasında yer aldığını bildirərək, onu hakim partiyadan və hökumətdən istefa verməyə çağırıb.
 
Martın 23-də axşam saatlarında Nazirlər Kabinetinin toplantısından sonra mətbuat konfransı keçirən B.Arınc isə M.Gökçəki tərbiyəsiz adlandırıb, onu bələdiyyə seçkiləri dövründə "paralel dövlət”lə əməkdaşlıq etməkdə, zəngin iş adamlarına F.Gülənin təsir dairəsində olan məktəblərin tikintisi üçün Ankarada torpaq ayırmaqda ittiham edib. Eyni zamanda parlament seçkilərindən sonra M.Gökçəklə bağlı 100 məsələni ictimaiyyətə açıqlayacağını bəyan edib.
 
M.Gökçək "Twitter”dəki son cavabında baş nazirin müavini ilə məhkəmədə hesablaşacağını açıqlayıb.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol