• $
  • €
  • ₽
  • ₺
  • £

Uzun fasilədən sonra PKK ilə Türkiyə ordusu arasında toqquşma

Uzun fasilədən sonra PKK ilə Türkiyə ordusu arasında toqquşma
26.03.2015 12:45
Terrorçuların top atəşindən sonra türk əsgərləri tərəfindən cavab zərbəsi endirilib

PKK terror təşkilatı bu gün Türkiyə Silahlı Qüvvələrinin İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndindəki mövqelərini atəşə tutub. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, bu gün yerli vaxtla saat 13.25-də PKK terrorçuları tərəfindən Türkiyə ordusunun Dağlıca zastavası top atəşinə tutulub. Üç dəfə top atəşi açan terrorçuların mövqeləri xüsusi radarlarla müəyyənləşdirilərək həmin nöqtələrə 155 mm-lik "Fırtına” özüyeriyən artilleriya sistemi və 120 mm-lik toplarla cavab zərbələri endirilib.
 
Terrorçular bir qədər sonra - saat 14.40-da eyni istiqamətdə bu dəfə avtomat və pulemyotlardan atəşə başlayıblar. Türk əsgərləri tərəfindən cavab atəşi açılıb. 
 
Qeyd edək ki, Türkiyədə mövcud hökumət 2009-cu ildə ölkədə terroru dayandırmaq üçün kürd problemini həlli prosesinə start verib. O vaxtdan bəri terrorçular və Türkiyə ordusu arasında qeyri-rəsmi atəşkəs hökm sürür. "Kürd açılımı”, "Sülh və qardaşlıq layihəsi”, "Çözüm sürəci” adlandırılan proses çərçivəsində Türkiyə hökuməti Bursa yaxınlığındakı İmralı adasında cəza çəkən PKK lideri Abdulla Öcalan və terror təşkilatının İraqın şimalındakı rəhbərliyi ilə qeyri-rəsmi, kürd hərəkatının leqal siyasi təşkilatı olan HDP (Xalqların Demokratiya Partiyası – keçmiş BDP) ilə isə rəsmi danışıqlar aparıb. Hazırda həll prosesi davam etsə də, tərəflər arasında anlaşılmazlıq yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət arasında da bu məsələdə müəyyən narazılıq müşahidə edilir və prosesin gələcəyi qeyri-müəyyəndir. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol