• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzaya uğrayan təyyarənin pilotu psixiatr müalicəsi alıbmış

Qəzaya uğrayan təyyarənin pilotu psixiatr müalicəsi alıbmış
28.05.2020 20:49
Fransada "А320” təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən 28 yaşlı pilot Andreas Lubits ümumilikdə 1,5 il psixiatr tərəfindən müalicə alıb.

APA-nın "TASS”a istinadın verdiyi xəbərə görə, bu barədə Almaniyanın Bild nəşrinə Lufthansa şirkətindəki mənbələr  bildirib.    
 
Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben bu gün təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.
 
O köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.
 
Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb.  Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.
 
Xatırladaq ki,  Spiegel nəşri bir qədər əvvəl Andreas Lubitsin depressiyadan əziyyət çəkdiyini qeyd edib. "4U9525 saylı reysin ikinci pilotunun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsilinə fasilə verib”, deyə jurnalist pilotun dostlarına istinadən bildirib.    
 
Müəyyən müddətdən sonra Lubits "Lufthansa”nın təlim  mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.
 
"Bild"in  məlumatına görə, təhsildə fasiləyə səbəb gələcək ikinci pilotda psixi problemlərin yaranması olub.  Məlumata görə, məhz dəfələrlə baş verən depressiyalara görə "Lufthansa” təlim mərkəzində  (Feniks, ABŞ) Andreas Lubitsin təhsillə bağlı ciddi problemləri olub. O hətta bir müddət "uçuşa qeyri-yararlı”  kateqoriyasına da daxil edilib. Nəşrin məlumatına görə, Andreas Lubitsdə psixi problemlərin olmasını daha bir fakt təsdiqləyir. Belə ki, onun Almaniya Federal Mülki Aviasiya Xidmətindəki şəxsi işində  "xüsusi və müntəzəm tibbi müayinəyə ehtiyaclı”  kimi qeyd var. Analoji qeydin Andreas Lubitsin pilot lisenziyasında da olduğu qeyd edilir.  
 
Nəşr həmçinin "А320” təyyarəsinin göyərtəsində qəzadan əvvəl baş verənlərin  bəzi təfərrüatlarını əldə edib. "Bild” qeyd edir ki, kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol