• $
  • €
  • ₽
  • ₺
  • £

Kral 5 əsrdən sonra dəfn olundu

Kral 5 əsrdən sonra dəfn olundu
29.05.2020 09:51
530 il bundan əvvəl məşhur "Qızılgül müharibələrinin” sonunda öldürülmüş İngiltərə kralı 3-cü Richard Lester məbədində dəfn olunub.

ANN.Az-ın Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, məşhur aktyor, həm də kralın uzaq qohumu Benedict Cumberbatch monarxa həsr olunmuş şeiri oxuyub.

3-cü Richard-ın sümükləri 2012-ci ildə Lesterdəki ictimai avtomobil parklarından birinin altında tapılmışdı. "Biz sənin sadiq qulun 3-cü Richard-ın sümüklərini onun məzarına tapşırırıq” – deyib İngiltərə kilsəsinin ruhani başçısı Kanteberri arxiyepiskopu. Məbəddə keçirilən dəfn mərasiminə ictimaiyyətdən püşk yolu ilə 200 nəfər buraxılıb.
Dəfn mərasimi şəhər meydanında qoyulmuş iri televiziya ekranında translyasiya edilib. Dəfnə gələnlərin arasında yazıçı Philippa Langley də olub. Kral 3-cü Richard-ın basdırıldığı yeri ilk dəfə o tapmış və arxeoloqlardan qazıntı aparılmasını xahiş etmişdi.

Dəfn mərasimi ziddiyyətsiz keçməyib. York ictimaiyyətinin nümayəndələri 3-cü Richardın məhz onun doğma şəhəri Yorkda dəfn olunmasını istəyirdilər. Onların 6 nümayəndəsi etiraz olaraq mərasimi tərk edib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol