• $
  • €
  • ₽
  • ₺
  • £

AST Telmanın məşhur oteli əlindən alınır

AST Telmanın məşhur oteli əlindən alınır
29.05.2020 07:31
Azərbaycan əsilli milyarder Telman İsmayılov Türkiyədə böyük şokla üzləşib.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, "AST Telman”ın atasının adını daşıyan və 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən olan yeddiulduzlu "Mardan Palace”a Antalya bələdiyyəsi tərəfindən həbs qoyulub və satışa çıxarılıb.

Xəbərə görə, otel Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun 3-də hərraca çıxarılacaq. Borclara görə həbs edilmiş daşınmaz əmlakın satışını təşkil edən icralik.com saytının idarə heyətinin rəhbəri Emrah Özoral bildirib ki, otelin hazırkı bazar dəyəri 650 milyon TL-dir.

Antalya bələdiyyəsi oteli 325 milyon TL başlanğıc qiymətdən hərraca çıxaracaq.

"Mardan Palace” 2009-cu ildə böyük təntənə ilə açılıb və Telman İsmayılov otelin açılışına Monika Belluci, Paris Hilton, Riçard Gir, Şeron Stoun kimi çoxsayıı Hollivud ulduzlarını dəvət edib.

Əsas pullarını Rusiyada qazanan azərbaycanlı iş adamı Türkiyədə 1,4 milyard dolları otel inşasına yatırması və bu cür dəbdəbəli açılış keçirməsi Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib.

Putinin göstərişi ilə T.İsmayılovun Moskvadakı "Çerkizovsk” bazarı bağlanıb və sökülüb. Biznesmen həbs təhlükəsindən qorxaraq xeyli müddət Rusiyaya qayıtmayıb, bu ölkədəki biznes aktivlərinin bir çoxunu satıb.

Sonradan məlum olub ki, "Mardan Palace” otelinin tikintisi üçün ayrılan ərazinin sənədləri qaydasında deyil. Həmçinin T.İsmayılov otelin tikintisi üçün Türkiyə banklarından aldığı krediti geri qaytara bilmir. Otelin Antalya bələdiyyəsinə vergi və torpaq icarəsindən də xeyli borcu yaranıb. Məlumatlara görə, tikintisinə 1,4 milyard dollar sərf edilən otel rentabelli deyil.

T.İsmayılovun Rusiyada da banklara və iş adamlarına böyük borcları var. Borcları üzündən o, əmlakının bir hissəsini satışa çıxarmalı olub.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol