• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranın nüvə silahından qorxur

ABŞ İranın nüvə silahından qorxur
28.05.2020 20:51
İsveçrədə İranla danışıqlar aparan 6 ölkənin xarici işlər nazirləri martın sonunda bitəcək son müddətədək nüvə proqramının məhdudlaşdırılması ilə bağlı sazişə nail olmaq istəyirlər.

ANS PRESS-in məlumatına görə, Lozanna şəhərində keçən danışıqların növbəti raundundan əvvəl bəzi nikbin bəyanatlar səslənib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çözülməmiş məsələlərinin həllini tapacağına ümid etdiyini bildirib. Almaniyanın xarici işlər naziri Frank Ualter Steynmeyer 12 il ərzində davam edən danışıqların yekun mərhələyə daxil olduğunu deyib.

Vaşinqtona qayıdacaq ABŞ dövlət katibi Con Kerri İran nüvə danışıqlarına görə İsveçrədə qalma müddətini uzadıb. Dövlət Departamentindən bildirib ki, Lozannadakı danışıqlara qatılmaq qərarına gələn cənab Kerri mərhum senator Eduard Kennedinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak niyyətindən vaz keçməli olub. Çünki, ABŞ və onun müttəfiqləri əmin olmaq istəyirlər ki, Tehran nüvə silahına sahib olmayacaq.

ABŞ, Britaniya, Rusiya, Çin, Fransa və Almaniya nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edirlər. Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol