İran Türkiyəyə nota verdi - GƏRGİNLİK

Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfirliyinin nümayəndəsindən prezident Ərdoğanın İranla bağlı səsləndirdiyi son fikirlərinə görə izahat tələb olunub
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İranın regiondakı siyasətini tənqid edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Afham Türkiyənin Tehrandakı müvəqqəti işlər vəkili Barış Sayqının quruma dəvət edildiyini və ona nota təqdim edildiyini deyib. Afham prezident Ərdoğanın İranla bağlı çıxışında "qaydalara zidd və yerində olmayan fikirlər" səsləndirdiyini qeyd edib.
Rəsmi Tehranın Ərdoğanın sözlərindən üzüntü duyduğunu və bununla bağlı öz narazılıqlarını türk diplomatının diqqətinə çatdırdıqlarını ifadə edən Afham Ankaradan bu barədə inandırıcı və aydın cavab istədiklərini dilə gətirib.
Afham "İranın regiona strateji yanaşma və qonşuları ilə münasibəti, sülh və sabitliklə bərabər qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq üzərində olmuşdur. İran və Türkiyənin bu hədəfə çatması üçün yetərli potensiala malik olduğuna inanırıq" - deyib.
Türkiyənin Tehrandakı səfiri Riza Hakan Tekin İranda olmadığına görə XİN-ə müvəqqəti işlər vəkil Barış Sayqın dəvət edilib.
ANN.Az