İstanbulda polis girov götürülən prokuroru azad etdi

İstanbulda xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçular məhv edilib.
ANN.Az APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı prokuror yüngül xəsarət alıb.
Xatırladaq ki, martın 31-də İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan terrorçular 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürmüşdülər.
ANN.Az
























