• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən gənc milyarder qadını

Dünyanın ən gənc milyarder qadını
02.04.2015 20:57
Onu "ətəkli Stiv Cobs" adlandırırlar. Çünki o, ABŞ-ın və ümumiyyətlə, dünyanın ən gənc milyarder qadını olmaqla bahəm, innovasiyaları ilə məşhurlaşmış şirkətin banisidir.

Milli.Az İnc.com-a istinadən bildirir ki, 31 yaşlı Elizabet Holms Forbes və AskMen-in "Ən nüfuzlu qadınlar-2015" reytinqlərində ilk onluqda yer alıb. Onun biznesi biotexnologiyalardır. "Theranos" farmakologiya şirkətinin banisi və rəhbəri Elizabet Holms 4,5 milyard dollarlıq varidat sahibəsidir. Onun şirkətinin birja kapitallaşma dəyəri isə 9 milyard dollara çatıb.

"Theranos"un 10 il sürən araşdırmalardan sonra reallaşdırdığı ən məşhur kəşfi qan analizi vasitəsilə insan vücudunun durumunun diaqnostika texnologiyasının təkmilləşdirilməsidir. Bu texnologiya daha ucuz, sürətli, ağrısız və təfərrüatlıdır.

"Theranos" innovasiyası bir damla qan vasitəsilə təqribən 30 araşdırma aparmağa, yəni çoxsaylı tibbi informasiyanı əvəzləməyə imkan verir.

Holms və dostları tədqiqatlarını illərlə çox ciddi şəkildə qoruyublar, sirr saxlayıblar. Bu səbəbdən də "Theranos"un ixtirası ötən il dünya farmakologiya bazarında "partlayış"a səbəb olanda Elizabeti çox az adam tanıyırdı.

2014-cü ilin oktyabrında E.Holms "Forbes"in reytinqinə daxil edildi.

Elizabet Holms 1984-cü ilin fevralın 3-də xilasetmə xidmətinin əməkdaşı və ABŞ Konqresinin qulluqçusunun ailəsində doğulub. Stenford Universitetinin kimya fakültəsində oxuyan Elizabet 19 yaşında təhsilini yarımçıq qoyaraq biznesi ilə məşğul olmağa başlayıb.

Elizabetin valideynləri onun təhsili üçün ayırdıqları pulları "Theranos" adını verdiyi şirkətinə yatırmağa icazə veriblər. Şirkətin kapitalı bu pullarla bitib. Elizabet icarəyə götürdüyü laboratoriyada özü tədqiqatlar aparır, investorlar arayırdı. 2003-cü ildə "Theranos"u qeydiyyatdan keçirəndən sonra Elizabet fanatikcəsinə çalışırdı. Anasının dediyinə görə, qızı bəzən həftələrlə laboratoriyadan çıxmırdı.

"Theranos" ixtirasını ilk dəfə 2013-cü ildə bəyan etdi və ABŞ-da ən böyük aptek şəbəkəsinə malik "Walgreens"lə əməkdaşlığa başladı. Farmasevtlər və biotexnoloqlar Elizabet Holmsu dahi insan sayırlar. Elizabetin iş otağında Stiv Cobsun tərcümeyi-halı var. Onun iş stili də Apple-in banisinin imicini xatırladır: tünd çalarlı sadə geyim, qara bleyzer... Stiv Cobs təki, Elizabet də ali təhsili yarımçıq qoyub.

Müsahibələrindən birində Elizabet Holms deyib: "Yeni texnologiyanı yaratmağıma təkan verən amil qan analizi prosedurundan həmişə qorxmağım oldu. Mənə ilham verən şəxslər isə xilasedici işləyən atam və həkim babamdı. Müəyyən mənada mən də xilasediciyəm".
 







www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol