• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani: İran razılaşmaya əməl etmək niyyətindədir

Ruhani: İran razılaşmaya əməl etmək niyyətindədir
03.04.2015 21:58
İran öz vədlərini qarşı tərəflər razılaşmaya əməl edəcəyi təqdirdə icra edəcək

İran prezidenti Həsən Ruhani ölkəsinin Lozannada əldə olunan razılaşmanın şərtlərini icra etmək niyyətində olduğunu bildirib.
 
"İran  əldə olunan razılaşmaya tam əməl etmək niyyətindədir. Dünya bilməlidir ki, biz kələkbazlıq etmək niyyətində deyilik, biz bütün vədlərimizə əməl etmək niyyətindəyik”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti dövlət telekanalının efirində çıxışı zamanı deyib.  
 
Həsən Ruhani qeyd edib ki, İran öz vədlərini qarşı tərəflər razılaşmaya  əməl edəcəyi təqdirdə icra edəcək: "Əks təqdirdə başqa yol seçilə bilər”.   
 
Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.
 
Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.
 
Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.

ANN.Az
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol