• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir MDB ölkəsində kəskin devalvasiya anonsu verildi

Daha bir MDB ölkəsində kəskin devalvasiya anonsu verildi
08.04.2015 15:58
Amerikanın "Bank of America” bankı Qazaxıstanın ləngimədən milli valyutanın- təngənin dollara nisbətdə kursunun 30 faizdən çox aşağı salınmasına çağırıb.

Bankın analitiklərinin fikrincə, Rusiyada rublun kursunun aşağı düşməsi nəticəsində Qazaxıstanın bu ölkə ilə ticarəti pisləşib, həmçinin neftin qiymətləri aşağı düşüb və təngənin devalvasiyası qaçılmaz olub. Bank gözləyir ki, bu ilin sonuna qədər 1 ABŞ dolları 250 təngəyə qədər bahalaşacaq. Hazırda 1 ABŞ dolları 186 təngəyə yaxındır.

"Bank of America” bildirir ki, hakimiyyət siyasi sabitliyi qoruya bilmək üçün təngənin devalvasiyasına ancaq Qazaxıstanda aprelin 26-na təyin edilmiş növbədənkənar prezident seçkilərindən sonra qərar verəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu ilin yanvar ayından mart ayına qədər təngə 17 faizə qədər ucuzlaşıb. Qazaxıstanın Mərkəzi Bankı milli valyutanın kursunu dəstəkləmək üçün son bir ildə 18 milyard dollar xərcləyib.

Amerika bankı qeyd edir ki, milli valyutası dəyərdən düşən təkcə Qazaxıstan deyil. Ötən ilin aprelindən bu yana Ukrayna qriveni 93 faiz, Rusiya rublu 62 faiz, Belarus rublu 54 faiz dəyərdən düşüb.

Həmçinin Amerika bankı Azərbaycan Mərkəzi Bankının fevral ayında manatın kursunu 34,6 faiz aşağı saldığını, bununla da manata spekulyativ təzyiqlərin heçə endirildiyini bildirib.

Lakin Qazaxıstan Azərbaycan kimi manevr edə bilməz. Çünki təngənin hazırkı situasiyada kəskin devalvasiyası Mərkəzi Bankın fiksə edilmiş kurs siyasətini iflasa aparacaq, eyni zamanda devalvasiya gözləntilərini azaltmayacaq. Yəni Qazaxıstan Mərkəzi Bankı təngənin kursunu kəskin aşağı salsa belə yeni kursu dəstəkləmək üçün valyuta ehtiyatlarını xərcləməli olacaq. Nəticədə Qazaxıstan Mərkəzi Bankı növbəti addımda üzən məzənnə siyasətinə keçməyə məcbur olacaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi  Bankı fevraldakı devalvasiyaya baxmayaraq manatın indiki kursunu sabit saxlaya bilmək üçün 1 ayda 1 milyard dollardan çox vəsait xərcləməli olub. Bu baxımdan ekspertlər gözləyir ki, vəziyyət belə davam etsə, Mərkəzi Bank manatın kursunu sərbəst buraxacaq və üzən məzənnə siyasətinə keçəcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol