• $
  • €
  • ₽
  • ₺
  • £

Xamneyi: "Yekun sazişinə qarantiya yoxdur"

Xamneyi: "Yekun sazişinə qarantiya yoxdur"
09.04.2015 23:59
İranın ali rəhbəri ayətullah Əli Xamneyi deyib ki, onun ölkəsi ilə dünyanın aparıcı gücləri arasında yekun nüvə sazişinin imzalanacağına "qarantiya” yoxdur. Ondan bir qədər əvvəl prezident Həsən Ruhani demişdi ki, İran "elə ilk gündə sanksiyalar qaldılımasa, yekun sazişini imzalamayacaq”.

Ötən həftə İran və P5+1 kimi tanınan ABŞ, Rusiya, Britaniya, Çin, Fransa və Almaniya arasında Tehranın nüvə proqramına dair ilkin saziş çərçivəsi barədə razılaşma əldə olunub.
 
O vaxtdan bəri İran və ABŞ rəsmiləri öz ölkələrindəki sərt xətti-hərəkət tərəfdarlarını razılaşmanı dəstəkləməyə sövq etməyə çalışırlar.
Çərçivə razılaşmasına görə İran özünün nüvə sentrifuqlarının sayını üçdə iki hissə ixtisar etməli, bunun müqabilində onun üzərindəki Qərb sanksiyaları qaldırılmalıdır.

"Etibarsız tərəf”

Özünün internet saytında cənab Xamneyi yazır: "Ola bilsin ki, etibarsız tərəf bizi razılaşmanın təfərrüatlarında məhdudlaşdırmaq istəyir. Mən Amerika ilə danışıqlardan heç vaxt nikbin olmamışam. Nikbin olmasam da, amma məhz bu danışqılara razılığımı vermişəm və danışıqçıları dəstəkləmişəm”.
O da prezident Ruhani kimi sanksiyaların elə ilk gündən qaldırılması barədə tələbi təkrar edib. Qərb tərəfi İrana qarşı sanksiyaların tədricən qaldırılacağını bildirib.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, "İrana qarşı bütün sanksiyaların ilk gündən qaldırılması bizim üçün heç vaxt şərt olmayıb”.
Çərçivə razılaşmasının imzalanması İran ictimaiyyəti tərəfindən təntənə ilə qarşılansa da, mühafizəkarlar Tehranın həddən artıq güzəştə getdiyində israr edirdilər. Amerikanın özündə isə Senat bu razılaşma ilə bağlı irad və şübhələrini bildirir. //bbc

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol