ABŞ Ermənistan və Azərbaycanın barışmasına yönəlik proqramları azaldır

Ermənistan-Türkiyə münasibətləri ilə bağlı da analoji addım atılır
ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin həyata keçirdiyi bəzi proqramlar azaldılır.
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bildirib.
Diplomat deyib ki, səfirliyinin ictimaiyyətlə əlaqələr ofisinin mədəni, həmçinin Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında barışıq prosesi üzrə həyata keçirilən proqramlarının sayında azalma olacaq.
www.ann.az
























