• $
  • €
  • ₽
  • ₺
  • £

İraq “İslam Dövləti ərazisinin” dördə birini geri alıb

İraq “İslam Dövləti ərazisinin” dördə birini geri alıb
15.04.2015 14:48
Pentaqondan verilən xəbərlərdə deyilir ki, İslam Dövləti adlanan təşkilat, nəzarətində olan torpaqların dörddə birini itirib.

Pentaqondan verilən xəbərlərdə deyilir ki, ötən avqustda İraqda ABŞ-ın rəhbərliyi altında koalisiyanın hava zərbələri başlanandan bəri İslam Dövləti adlanan təşkilat, nəzarətində olan torpaqların dörddə birini itirib.

Pentaqonun sözçüsü polkovnik Steve Warren vəziyyətdə həlledeci dönüşün yarandığını deməyin hələ tez olduğunu söyləsə də, əlavə edib ki, "heç şübhəsiz İraq quru qüvvələri İD-ə ağır zərbə endirib”.

İD İraq və Syriyada iri torpaq ərazilərini ötən ilin iyununda ələ keçirib.

Bu bəyanat ABŞ prezidenti Barack Obama ilə İraq baş nazirinin Ağ Evdə keçiriləcək görüşünün ərəfəsində verilib.

İraq baş naziriHaider al-Abadi ABŞ koalisiyasının hava zərbələrini intensivləşdirməsini istəyir.

Pentaqon xəbər verir ki, cəbhə xətti istər Ərbil, Babil və Bağdad, istərsə də Kərkük istiqamətində İraq qoşunlarının xeyrinə dəyişib.

Hərbi ekspertlər bildirirlər ki, hava zərbələri İD-ə qarşı güclü silah olsa da, torpaq üstündə ərazilərin geri qaytarılması İraq qoşunlarının hərəkiliyindən asılıdır.

Polkovnik Warren deyib ki, Tikrit şəhərinin cihadçılardan tezliklə tam təmizlənəcəyi gözlənilir.

Cənab Abadi hazırda İD-in Anbar vilayətindəki ərazilərinə hücum hazırlandığını elan edib.

Pentaqon bildirib ki, Suriyada qüvvələr nisbəti dəyişməz olaraq qalıb. /azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol