İŞİD əks-hücuma keçdi

İslam Dövləti yaraqlılarının İraqın Ramadi şəhərində əks-hücuma keçdikləri xəbər verilir.
Yerli sakinlərin sözlərinə görə yaraqlılar aprelin 15-də bu ərazidə 3 kəndi ələ keçiriblər.
Associated Press agentliy iSjariyah, Albu-qanim və Soufiya kəndlərinin günortayadaək yaraqlılar tərəfindən zəbt edildiyini xəbər verir.
Məlumatlara görə, hazırda Ramadinin şərqində, hökumət binalarının 2 kilometrliyində döyüşlər gedir.
Hökumət qüvvələrinə havadan da dəstək göstərilir.
Yeni döyüşlər İraq qüvvələrinin yaraqlıları Ramadinin şimal-şərqindən çıxarmasından 2 gün sonra başlayıb.
Hazırda İraq və Suriyanın bir sıra rayonları İslam Dövləti yaraqlılarının nəzarətindədir. /Azadliq.org
www.ann.az
























