Bu möcüzəvi ölkə bütün dünyaya vətəndaşlıq elanı verdi

Ölkənin adı belədir: "Liberlandiya" - yəni "Azad ölkə".
Xəritədəki yeri - keçmiş Yuqoslaviya torpaqları. Macarıstanın cənubunda, Xorvatiya və Serbiyanın sərhədində yerləşən 7 kilometrlik ərazini bir zamanlar BMT "bufer zona" elan etmişdi.
Bayrağı və dövlət gerbi hazırdır. Konstitusiyası hələ ki, yoxdur, çünki bu ana qanunun bütün yeni vətəndaşlarla birgə hazırlanması istənilir.
Ölkənin qurucusu Çex Respublikasından olan Vit Yedliçkadır. Ölkənin idarəetmə üsulu "Konstitusiyalı Respublika". Vit Yedliçka lazımsız vergilərin, həyatı çətinləşdirən bürokratik qaydaların olmayacağını deyir. Hazırda internet üzərindən Azad Liberlandiya Respublikasının vətəndaşı olmaq üçün müraciətlər həyata keçirmək mümkündür.
BBC xəbər verir ki, təxminən 25 il bundan əvvəl qanlı döyüşlərin davam etdiyi bu torpaqlarda belə bir proses uğurla nəticələnə bilərmi? Vit Yedliçka buna belə cavab verir: "Əlbəttə ki! Yaşa və başqalarına da yaşamağa icazə ver!"
Qonşu ölkələrə və BMT-yə rəsmi qaydada müraciət edən dövlət qurucusu "Biz kiməsə zərər verməyəcəyik, dövlətimizin şüarından da bunu görə bilərsiniz. Hər kəsə açıqıq, radikal düşüncələrə sahib olmayan və dünyanın bütün ölkələrinin vətəndaşları Liberlandiyanın vətəndaşı ola bilər".
BBC-nin qənaətinə görə, Liberlandiya layihəsi ilk baxışdan zarafat kimi görünsə də, əslində incə düşünülmüş, tam hazırlanmış bir layihədir. Vit Yedliçka dünyanın bir çox bölgəsində balaca, amma çox uğurlu dövlətlərin olduğunu dilə gətirir: "Monako, Lixteynşteyn, Honk Konq kimi dövlətlər və şəhər dövlətləri uğura imza atıblar. Belə bir layihə nə üçün balkanlarda uğurla nəticələnməsin?".
Dövlətin yaranması 2015-ci ilin aprelin 13-də elan olunub. Layihənin bir neçə gün ərzində elan olunmasına baxmayaraq, ona marağın çox olduğu ortaya çıxıb. Hətta dünyada tanınmış şirkətlər öz baş ofislərini bu ölkəyə daşımağa razı olduqlarını bildiriblər.
Hazırladı Nuray
www.ann.az