İrandan ABŞ-a gözdağı mesajı

İranın dini lideri Ayətullah Əli Xamaneyi "Dünya gücləri bizi hərbi qüvvələri ilə təhdid edir, biz də hazırlıqlı olmalıyıq" mesajını verib. İran İnqilab Keşikçiləri komandir yardımçısı Hüseyn Selami "Bizim mülahizələrimizə görə, Amerika bütünlüklə hansısa bir müharibə üçün formalaşıb".
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran qərb ilə nüvə müzakirələrində razılığa gəldi, nəhayət, anlaşma üçün iyun ayının sonu gözlənilir. Amma həmin tarixə qədər, içərisində sərt açıqlamalar da olan İran siyasətçilərinin təhdidləri səslənir. Bu sırada Ayətullah Əli Xamaneyinin adını qeyd etmək olar. Onun son çıxışlarının birində ABŞ hədəfə alınır: "Əsl təhdid Amerikadır".
İranlı komandirlərə səslənən ali dini lider "digər tərəf bizi fasiləsiz olaraq təhdid edir, bu təhdid açıq formada olmasa da biz buna hazırlıqlı olmalıyıq" - bildirib.
İran dövlət televiziyasına danışan İran İnqilab Keşikçiləri komandir yarfdımçısı Hüseyn Selami ABŞ rəsmilərinin "İrana yönəlik hərbi
əməliyyat layihəsinin hələ də masa üzərində olduğunu" bildirib: "Bu açıqlamalar bizim üçün qorxulu deyil. Bizim mülahizələrimizə görə, Amerika bütünlüklə hansısa bir müharibə üçün formalaşıb".
Daha sonra H.Selami əcnəbilərə sadəcə hərbi təsisatları yoxlamalarına izv berməyəcəklərini dilə gətirib: "Hətta yuxularında belə hər hansı hərbi hissənin təftiş edəcəklərini görə bilməzlər. Hərbi birliklərimizin məxfiliyi qorunub saxlanılmalıdır. Hər hansı bir əcnəbinin bizim hərbi birliklərimizi təftiş etməsi torpaqlarımızın işğalı, milliliyimizin aşağılanması kimi başa düşülməlidir".
İran ilə Rusiya, ABŞ, Fransa, İngiltərə və Çin arasında "5+1" ölkələr fonunda İranın nüvə proqramı ilə bağlı aylarla davam edən müzakirələrdən sonra razılaşma əldə olunmuşdu. 30 iyuna qədər son anlaşma əldə olunana qədər İran uzun illər bundan əvvəl ABŞ-ın, Avropa Birliyinin vı BMT-nin qadağalarının götürülməsini istəyib.
www.ann.az
























