Gündə 160 adam quduzluqdan ölür

Dünyada hər il təxminən 59 min adam it qapması səbəbilə quduzluq xəstəliyindən vəfat edir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Quduzluq Yoxlaması üçün Dünya İttifaqının hesabına görə, bu xəstəlikdən ölüm faktı daha çox yoxsul ölkələrdə müşahidə edilir. Amma it qapması nəticəsində quduzluğa tutulmaya görə, vaxtında vaksinasiya edilərsə, ölüm faktı daha az olar.
Hesabata görə, xəstəliklə mübarizə üçün xüsusilə də yoxsul ölkələrdə köpəklərin axtalanmasına daha çox fikir verilməlidir. Eyni zamanda bu ölkələrdə quduzluğa yoluxan xəstələrin vaksinasiya olunması dövlət hesabına həyata keçirilməlidir. Ölümcül xəstəlik olmasına baxmayaraq, vaxtında müdaxilə edilərsə, onun qarşısını da 100 faiz almaq mümkündür.
Quduzluq xəstəliyi bütün məməli heyvanların dişləməsi nəticəsində meydana çıxa bilər, müşahidələrə əsasən isə daha çox it qapmasından sonra ona yoluxulur.
Hesabata görə, inkişaf etmiş ölkələrdə aparılan tədbirlərin nəticəsində itlər quduz olmur və bunun da nəticəsində it qapması faktı aşkarlansa da, zərərçəkmiş şəxs xətəliyə tutulmur.
Hesabatda gün ərzində orta hesabla dünyada 160 adamın quduzluqdan öldüyü deyilir və bu sırada ilk yerdə 60 faizlik göstərici ilə Asiya ölkələri, ikinci yeri isə 36 faiz göstərici ilə Afrika, 35 faiz göstərici ilə isə Hindistan tutur.
























