Doku Umarovun xələfi də öldürüldü

Doku Umarovdan sonra Qafqaz Əmirliyinin başına keçən Seyx Əli Əbu Məhəmməd ruslarla döyüş zamanı öldürülüb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Qafqaz Əmirliyinin lideri Şeyx Əli Əbu Məhəmmədin (Əli Əshab Kebekov) ruslarla girdiyi döyüşlərdə öldürüldüyü bildirilir.
Qafqaz Əmirliyi Dağıstan Vilayəti Buynaks bölgəsində Kebekovun da olduğu ev rus hərbçiləri tərəfindən atəşə tutulub. Təslim olmayan Kebekov və daha iki silahdaşının öldürüldüyü deyilir.
Şeyx Əli Əbu Məhəmməd Doku Umarovun ölümündən sonra 2014-vü ilin mart ayında Qafqaz Əmirliyinin liderliyinə gətirilib.
Qafqaz Əmirliyi 7 oktyabr 2007-ci ildə elan edilib.
Seyx Əli Əbu Məhəmməd 25 mart 2014-cü ildə ABŞ-ın axtarışda olan terrorçuları siyahısına daxil edilib.
www.ann.az
























