Pentaqon İŞİD liderinin səhhəti haqqında açıqlama verdi

ABŞ Müdafiə Nazirliyi İŞİD lideri Bağdadinin yaralanmasına dair əllərində həra hansı bir dəlilin olmadığını açıqlayıb. Qeyd edək ki, "Guardian" qəzeti dünən Əbubəkr Bağdadinin yaralanması ilə bağlı xəbər yayıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, qəzet İŞİD liderinin mart ayında yaralandığını və artıq təşkilatı idarə edə bilmədiyini önə sürmüşdü.
Məsələ ilə bağlı, Pentaqon sözçüsü zabit Stev Varren Bağdadinin yaralanmasına dair əllərində hər hansı bir dəlilin olmadığını deyib: "Bağdadinin nə ölməsi, nə də yaralanması ilə bağlı əlimizdə dəqiqi fakt yoxdur. Mart ayından indiyə qədər də bir dəyişiklik yoxdur".
Zabit bildirib ki, koalisiya qüvvələrinin mart ayında həyata keçirdiyi hava hücumları zamanı liderin hədəf alınması nəzərdə tutulmayıb.
www.ann.az
























