2015-in turistləri üçün ən ucuz 20 Avropa ölkəsi - SİYAHI

Bu il tətilini Avropada keçirmək istəyən, amma çox pul xərcləmək istəməyənlər üçün dəyərli bir məlumatı təqdim edirik.
"PriceOfTravel" təşkilatının hazırladığı Avropa Üç Ulduzlu Səyahət İndeksi hər kəsin büdcəsinə uyğun 20 şəhərin adı sadalanıb. Mərkəzdə, yaxud mərkəzə yaxın üşulduzlu hotellərin qiymətləri qeyd olunub. Təşkilatın təqdim etdiyi qiymətlərə təkcə hoteldə bir gecəlik qalmaq haqqı deyil, eləcə də taksi qiyməti, turistik məkanlara giriş, 3 dəfə yemək daxildir.
ANN.Az siyahıya daxil edilən 20 şəhərin adını və bir nəfər üçün 1 günlük səyahət haqqını təqdim edir:
1. Buxarest - Rumıniya

43.80 dollar
2. Sofiya - Bolqarıstan

44.71 dollar
3. Kiyev - Ukrayna

46.35 dollar
4. Çeski-Krumlov - Çex Respublikası

49.10 dollar
5. Sarayevo - Bosniya və Herseqovina

50 dollar
6. Sankt Peterburq - Rusiya

50.48 dollar
7. Budapeşt - Macarıstan

51.06 dollar
8. Krakov - Polşa

52.36 dollar
9. Belqrad - Serbiya

53,52 dollar
10 Split Xorvatiya

62.08 dollar
11. Zaqreb - Xorvatiya

64.92 dollar
12. Vilnyus - Litva

65.88 dollar
13. Bratislava - Slovakiya

68.39 dollar
14. Santorini adasi - Yunanıstan

69.49 dollar
15. Riqa - Latviya

69.94 dollar
16. Tenerife - İspaniya

70.05 dollar
17. Praqa - Çex Respublikası

74.67 dollar
18. İstanbul - Türkiyə

77.07 dollar
19. Varşava - Polşa

77.66 dollar
20. Moskva - Rusiya

77.71 dollar
Hazırladı Nuray
www.ann.az
























