• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın 10 məşhur ermənisi – SİYAHI + FOTO

Dünyanın 10 məşhur ermənisi – SİYAHI + FOTO
29.05.2020 08:55

 

Rusiyanın XİN başçısı 5-ci yerdədir.

Britaniyanın "The Guardian” qəzeti dünyaca məşhur ermənilərin siyahısını tərtib edib. 

Oxu.Az xəbər verir ki, nəşr qeyd edib ki, erməni diasporu 10 milyon insan təşkil edir və bu da Ermənistan əhalisinin sayından üç dəfə çoxdur. 

Məqalədə qeyd olunur ki, ermənilər onları qəbul edən ölkələrdə həmişə inkişaf edirlər və biznes, idman, mədəniyyət və siyasət sahələrində uğurlar əldə edirlər.  

Nəşr məşhur ermənilərin onluğunu belə müəyyən edib. 

1. Müğənni Şer (68 yaş) – Əsl adı Şerilin Sarkisyan. Onun anası amerikalı, atası isə erməni əsilli amerikanlı olub. 

2. Teleulduz Kim Kardaşyan (34 yaş) – Dünyaca tanınmış erməni. Bu yaxınlarda o, əri reper Kanye Vestlə Ermənistana səfər edib və baş nazirlə görüşüb. 

3. Tennisçi Andre Aqassi (44 yaş) – Las Veqasda anadan olub. Anası amerikalı, atası isə İran əsilli erməni olub. Əsl soyadı Aqasyandır. 

4. Şansonye  Şarl Aznavur (90 yaş) – Fransanın Frank Senatrası kimi tanınır.   Anası Knar Baqdasaryanın "erməni soyqırımı”ndan sağ qaldığı bildirilir. 

5. Rusiyanın XİN başçısı Sergey Lavrov (65 yaş) – Moskvada anadan olub. Atası erməni, anası rusdur. O, damarlarımda erməni qanının axdığını deyib. 

6. Biznesmen Kirk Kerkoryan (97 yaş) – Kaliforniyada yaşayır və 4 milyard dollarlıq şirkətin sahibidir. 

7. "Formula 1”-in qalibi Alen Prost (60 yaş) – Onun nənəsi "soyqırım”dan Fransaya qaçıb və həyat yoldaşı ilə orada görüşüb. 

8. Musiqiçi Serj Tankyan – "System of a Down” metal qrupunun üzvüdür. 

9. Aktyor Endi Serkis (50 yaş) - "Üzüklərin əfəndisi” filmində Gollum obrazını yaradıb. Əsl soyadı Sarkisyandır. 

10. Məşhur britaniyalı teleaparıcı Devid Dikenson (73 yaş) – Anası Eugene Qulessaryan adlı ermənidir. Cim  və Coys Dikenson tərəfindən övladlığa götürülüb. 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol