• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: “Bəzi ölkələr 100 il əvvəlki hadisələr üzərində nifrət toxumları səpir”

Davudoğlu: “Bəzi ölkələr 100 il əvvəlki hadisələr üzərində nifrət toxumları səpir”
23.04.2015 23:16
"Bu gün bəziləri üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır".

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. İstanbulda keçirilən  Sülh Zirvəsində çıxış edən Əhməd Davudoğlu Çanaqqala savaşında nəinki Osmanlı imperiyasının, bölgənin digər xalqlarının da taleyinin həll edildiyini, Çanaqqalanı müdafiə edən qüvvələr arasında müxtəlif etnik qruplara mənsub insanların olduğunu xatırladıb: ”Çanaqqalada köksünü sipər edib əziz vətən torpaqlarını müdafiə edən qəhrəmanlarımız 5 ildən sonra - 23 aprel 1923-cü ildə Qazi Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə Böyük Məclisini quraraq  İstiqlal savaşını davam etdirmiş, ölkəmizi düşmənlərdən tamamilə təmizləyəndən sonra  29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətini elan ediblər. Biz Çanaqqala savaşında əxlaqlı mübarizə aparmışıq, yaralı düşmənlərimizin imdadına yetişmişik. Çanaqqalada avstraliyalı və yeni zelandiyalılarla savaşmağımıza baxmayaraq, daha sonra biz o savaşdan dostluq çıxarmışıq. Çanaqqala savaşına bizə qarşı savaşmağa gələn Conilərlə, Tonilərlə Əhmədlər- Məhmədlər daha sonra  necə dost oldularsa, bu gün də mərasimə gələn Conilərlə-Tonilərlə mən Məhməd oğlu Əhməd eyni şəkildə dostuq”.
 
I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşanmış acı hadisələrdə həyatını itirənlərə başsağlığı diləyən Əhməd Davudoğlu, Türkiyənin heç vaxt o savaşlar üzərində kin-nifrət toxumu səpmədiyini, kin-küdurət ədəbiyyatı yaratmadığını vurğulayıb: "Bu gün bəziləri, xüsusilə, üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır. Onlara demək istəyirik ki, sülh yaratmaq istəyirlərsə, kin-nifrət ədəbiyyatından vaz keçsinlər. Burada olan və ya olmayan dünya liderlərinə səslənirəm: bir daha savaşların yaşanmaması üçün kin-nifrət dilindən vaz keçib sülh yolunu tutaq. 100-cü ilində Çanaqqala ruhu bu baxımdan hamımıza örnək ola bilər və olmalıdır. Tarixdən lazımi dərsləri çıxaraq, ancaq tarix üzərindən başqalarına qarşı kin-nifrət toxumları səpməyək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol