• $
  • €
  • ₽
  • ₺
  • £

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri keçirilir

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə dövlət tədbirləri keçirilir
24.04.2015 09:53
Türkiyədə Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə silsilə dövlət tədbirlərinə start verilib. Ölkənin bütün küçə və meydanları bayramsayağı bəzədilib, şəhər və qəsəbələrdə mərasimlər keçirilib.

ANN.Az AzərTag.az-a istinadən xəbər verir ki, bayram münasibətilə aprelin 23-də Ankarada Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət olunub, Anıtqəbir önünə əklil qoyulub. Mərasimdə Türkiyənin dövlət və hökumət rəsmiləri, Böyük Millət Məclisinin üzvləri, Ankaradakı diplomatik korpusun rəhbərləri, xarici qonaqlar, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, media mənsubları iştirak ediblər.

Çanaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə İstanbulda Barış Zirvəsi təşkil olunub. Zirvədə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları, görkəmli alimlər daxildir.

Üç hissədən ibarət Zirvə çərçivəsində Birinci Dünya müharibəsi və Çanaqqala döyüşlərinə dair müxtəlif sərgilər təşkil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu Zirvədə təşkil olunan ayrı-ayrı toplantılarda çıxış ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqala savaşında həyatlarını itirən bütün xalqların nümayəndələrinin xatirəsinin ehtiramla xatırlandığını bildirib. Bütün xalqlara və dövlətlərə sülh, əmin-amanlıq arzulayan Türkiyənin dövlət başçısı dünyadakı ikili standartlara toxunaraq qeyd edib ki, Türkiyə təkcə öz vətəndaşı olan ermənilərə yox, Ermənistandakı səfalətdən qaçaraq bu ölkəyə sığınan ermənilərə də qayğı ilə yanaşır. Uydurma "erməni soyqırımı” mövzusu ilə düşmənçilik toxumu səpən tərəflər isə əslində ermənilər üçün heç bir faydalı iş görmür. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çanaqqala zəfərinin yüz ilinin "Barış” şüarı altında keçirilməsi Türkiyənin sülh və sabitlik tərəfdarı olmasının nümayişidir.

Baş nazir Əhməd Davudoğlu Çanaqqala zəfərinin müasir Türkiyənin həyatındakı tarixi rolundan bəhs edib. Xalqlar, ölkələr arasında sülh və dostluq əlaqələrinin əhəmiyyətindən danışan Baş nazir müharibə və münaqişələrin heç kimə fayda gətirmədiyini vurğulayıb. O, 1915-ci il hadisələri üzərindən nifrət toxumu səpməkdə davam edən bəzi qüvvələrin olmasının təəssüf doğurduğunu qeyd edib.

Daha sonra Zirvə bədii hissə və ziyafətlə davam etdirilib.
 





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol