2015-ci ilin ən xoşbəxt ölkəsi bəlli oldu - SİYAHI

World Happiness Report-un (Dünyanın xoşbıxtlik raporu) araşdırmasına görə, artıq danimarkalılar dünyanın ən xoşbəxt insanları deyil. Birinci yeri isveçrəlilər tutur.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, danimarkalılar bu siyahıda iki sıra birdən geriləyib. İsveçrədən sonrakı yeri İslandiya xalqı tutub. Araşdırma nəticəsində Norveç dördüncü, Kanada isə dünyadakı ən xoşbəxt ölkələr arasında 5-ci yeri "özünkülədirib".
İlk onluq bu cür tamamlanır: 6-cı yer Finlandiya, 7-ci yer Hollandiya, 8-ci yer İsveç, 9-cu yer Yeni Zellandiya, 10-cu yer Avstraliya.
Qeyd edək ki, çox mühacirlərin yaşamaq istədiyi ABŞ bu siyahıda 15-ci, Almaniya isə 26-cı yerlə qərarlaşıb. İqtisadi böhranla boğuşan Yunanıstan 102, küçələrində vətəndaş müharibəsi gedən Suriya 158-ci yerdədir.
Xatırladaq ki, BMT-nin bir il ərzində apardğı müşahidələr nəticəsində hazırlanan siyahının kriteriyaları bunlardır: iqtisadi imkanlar, səhhət, öz həyatını seçmə azadlığı, bərabərlik.
www.ann.az
























