İtaliyada kilsəni əsəbləşdirən boşanma qanunu

İtaliya parlamenti "Katolik Kilsə”sinin xarakterinə zərbə olacaq bir qanun layihəsi qəbul edərək, boşanma müddətinin 3 ildən 6 aya endiriblər.
ANN.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, ailələrdə boşanma məsələsinin qətiyyətlə pisləyən Katolik Kilsəsinin etirazlarına baxmayaraq, İtaliyada boşanma haqqında qanun 1970-ci ildə qanuni halda rəsmiləşdirilib.
"İtaliya üsulu boşanma" filmindəki qədər olmasa da (film 1961-ci il
istehsalıdır. Filmdə Marcello Mastroianninin oynadığı xarakter, boşana
bilmədiyi üçün arvadını öldürməyin yollarını axtarırdı), İtaliyalılar hələ
boşanmaq üçün uzun müddət gözləmək məcburiyyətində qalırdılar. Evli cütlüklər boşanmaq üçün ən azı 3 il ayrı
yaşadıqlarını sübut etməli idilər. Qarşılıqlı razılıq olmadığı hallarda isə bu proses daha da çətinləşirdi. Bu
çətinliyin olmaması üçün bir çox İtaliyalı cütlüklər daha asan boşanmaq üçün bu
əməliyyatların daha sürətli edildiyi Avropa Birliyi ölkələrinə üz tuturdular.
"Ailə həyatına hücum”
İtaliya parlamenti boşanma haqqında qanuna dəyişiklib
edib. Parlament 398 hə, 28 yox səsvermə yolu ilə boşanma müddətinin 6
aya qədər endirilməsi qərarını qəbul edib.
İtaliya parlamenti boşanma haqqında qanuna etdiyi dəyişiklikdən sonra baş nazir Matteo Renzi Twitter sosial şəbəkəsində yazdığı mesajda bildirib ki, "Qısa vaxt ərzində boşanma artıq qanuniləşdi. Təklifimizi artıq yerinə yetirdik.
İtaliyada yeni qanunu dəyişikliyin qəbul olunması Katolik Kilsəsini isə əksinə olaraq daha çox gərginləşdirib. Kilsə bu qanunun qəbul olunmasını yəni boşanmaların sadələşdirilməsini ailə həyatına olan hücum kimi qiymətləndiribi.
Avvenire qəzeti, boşanmaların sadələşdirilməsi haqqındakı yazısında göstərib
ki, "Boşanmaları asanlaşdırmaq ağır ictimai nəticələrə səbəb olacaq. Həyat yoldaşından
və uşaqlarından ayrı qalan ataların "alkoqolizm, depressiya və şiddətə
səbəb" olacağını bildirib.
Qəzet, ailə şüurunu gücləndirəcək qanunlar qəbul etmək əvəzinə "daha məsuliyyətsiz bir cəmiyyət" yaradacaq qanunlarını qəbul edilməzliyini bildirib.
Bundan başqa Famiglia Kristiana (Xristian Ailə) jurnalı "Bir ailəni yox etmək üçün 6 ay yətərlidir"
başlıqlı xəbər hazırlayıb, parlamenti,
"ailə təşkilatına qarşı güc nümayişi etməklə" günahlandırıb.
www.ann.az
























