Türkiyə baş nazirinin xanımına silahlı hücum

Türkiyənin baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğluna qarşı silahlı hücumun qarşısı alınıb.
"Trend"-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Ayfonkarahisar vilayətində baş verib.
Məlumata görə, polis Quran oxuma kurslarının açılışı zamanı hücum etməyə çalışan silahlı şəxsi saxlayıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
www.ann.az
























