• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalarovun ilk biznesi

Ağalarovun ilk biznesi
26.04.2015 18:31
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bizneslə 1988-ci ildən məşğul olduğunu söyləyir. 

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatına müsahibə verən iş adamı yaratdığı ilk kooperativi "Şafran” adlandırdığını bildirir. 

"Sonra adı ingilis dilinə çevirdik və "Krokus” alındı. Onda bütün kooperativlər alqı-satqı ilə məşğul olurdu, başqası, demək olar ki, yox idi. Biz eyni vaxtda çox sahəli ticarətlə məşğul idik. Onda mağazalarda dolablar tamamilə boş idi. Böyük qastronomlarda yalnı üç litrlik balonlarda pomidor turşusu, küknar şirəsi və mineral sular satılırdı.ö Biz isə Azərbaycandan ərik, nar, yemiş və qarpız gətirirdik. On tonluq maşın gəlirdi və Novıye Çeremuşkidə 10 universama paylayırdıq və sonra pulu yığırdıq. Moskvaya təyyarə ilə təzə göyərti göndərirdik. İnsanlar səhərlər göyərtini ləkdən yığırdılar, təyyarəyə yükləyirdik, hava limanından isə dərhal bazara aparırdıq”,- deyə Ağalarov həmin günləri xatırlayıb. 

Daha sonra iş adamı texnika tijarətinə girişib. Kompyuter avadanlığı, məişət əşyalarının, kosmetika və s.-in alış-verişi ilə məşğul olub. Sonra prioritet istiqamətlərin müəyyən edilməsinin vacibliyi ortaya çıxıb və "Krokus” geyim ticarətinə başlayıb. Çindən konteynerlərlə ayaqqabı gətirərək bütün SSRİ ərazisində satdırıb.

"Onda mən özüm yüngül plaş layihələndirdim və onu "Al Kapone” adlandırdım. Bu plaşlardan mən milyon ədəd satdım, halbuki, qara rəngli bircə modeli vardı”,- deyə Araz Ağalarov 25 il əvvəli xatırlayıb. 
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol