• $
  • €
  • ₽
  • ₺
  • £

Stiven Hokinq: “Bəşəriyyət Yerdən kənarda sığınacaq tapmalıdır, əks halda məhv olacaq”

Stiven Hokinq: “Bəşəriyyət Yerdən kənarda sığınacaq tapmalıdır, əks halda məhv olacaq”
28.04.2015 19:21
Bəşəriyyət kosmosu mənimsəməli və son nəticədə Yerdən kənarda məskunlaşmalıdır, əks halda məhvə məhkumdur. Bu fikri dünya şöhrətli Britaniya nəzəriyyəçi-fiziki Stiven Hokinq Sidney Opera Teatrında translyasiya olunan mühazirə zamanı deyib.
 
"Biz bəşəriyyətin gələcəyi naminə kosmosun tədqiqini davam etdirməliyik. Mən güman etmirəm ki, biz azömürlü planetimizdən yox olmayıb növbəti min ili yaşaya biləcəyik”, - o bildirib.
 
Məşhur alim Sidney Operasında auditoriya ilə Kembric Universitetindəki ofisindən holoqrafik texnologiyanın köməyi ilə ünsiyyət qurub. Mühazirənin sonunda alim auditoriyanı daha çox ayaq altına deyil, ulduzlara baxmağa çağırıb.
 
"Çalışın nə gördüyünüzü başa düşəsiniz və siz Yer kürəsinin mövcudluğuna təəccüblənəcəksiniz. Hər şeylə maraqlanın və həyat nə qədər çətin görünsə də, həmişə nədəsə müvəffəqiyyət qazanmaq olar. Əsas odur ki, ruhdan düşməyəsiniz”, - alim auditoriyaya xitabən qeyd edib.
 
Britaniya fiziki dəfələrlə elmi ictimaiyyəti süni intellektin dünya üçün törətdiyi təhlükə barədə xəbərdar edib. Cari ilin fevralında S.Hokinq həmçinin insanların öz həyatlarını sığortalaması üçün digər planetləri müstəmləkə altına alması ilə bağlı fikir söyləyib. Alimin fikrincə, bəşəriyyətin saxlanılması üçün başqa yol tapmaq sadəcə mümkün olmayacaq. //ictnews.az
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol