• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya “Proqress”ə nəzarəti geri qaytara bilmir

Rusiya “Proqress”ə nəzarəti geri qaytara bilmir
29.04.2015 13:09
Rusiya uçuşların idarəedilməsi mərkəzi (UİM), 29 aprel, çərşənbə axşamına keçən gecə yerə yaxın orbitə çıxarılan yük gəmisi "Proqress” ilə davamlı əlaqə yaratmaq üçün iki dəfə cəhd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks”a UİM-dəki mənbə bildirib.

Onun sözlərinə görə, gəminin göyərtəsinə bir neçə əmr verilib, bu əmrlər onun vəziyyətinin sabitləşdirilməsinə və öz oxu ətrafında fırlanmasını azaltmağa istiqamətlənib.

"İndi məlumatlar təhlil edilir. İlkin məlumata əsasən, məsələ həll edilməyib”, - agentliyin həmsöhbəti qeyd edib.

Daha öncə "Proqress”də videokameranı işə salmaq mümkün olub, onun yardımı ilə yük gəmisinin nəzarətsiz fırlanmasından əmin olublar. Bundan başqa aydın olub ki, gəmi öncədən planlaşdırılmış orbitdən çıxarılıb. Bunu raketin "Soyuz-2.1a” mühərrikinin qeyri-səlist işi ilə əlaqələndiriblər.   

Aprel ayının 28-də saat 10:09-da Baykonur kosmodromundan buraxılan gəminin nasazlığı Yer ətrafında birinci dönüşü haqqında telemetriya məlumatlarının natamam gəldiyini gördükdə qeydə alınıb. Bunu, yük gəmisinin yerə qədər olan məsafəni və planet ətrafında fırlanmasının bucaq sürətini müəyyən etmək üçün təyin edilmiş iki "Kurs” sistemli antenanın açılmaması ilə əlaqələndiriblər.

"Proqress” gəmisi müstəqil rejimdə bir neçə saniyə keçirə bilər. Onun orbitini korrektə etmək mümkün olmasa, gəmi Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatmaya bilər. Yük gəmisinin nasazlığı onun stansiyaya yaxınlaşmasının iki sutka sonraya, qeyri-rəsmi informasiyaya görə isə qeyri-müəyyən zamana saxlanılmasına gətirib çıxarıb.

Gəmi BKS-ya 2,5 ton faydalı yük, o cümlədən 500 kq yanacaq, 50 kq hava, 420 kq su, oksigen balonları, aparatura və elmi tədqiqatlar üçün materiallar, eləcə də Qələbə bayrağının surətini gətirməli idi.

Hal-hazırda BKS-da 43/44 heyəti yerləşir. Amerikalı komandir Terri Vertsanın komandasının tərkibinə beş bort-mühəndis rusiyalı – Anton Şkaplerov, Mixail Kornienko və Gennadi Padalak, eləcə də italyan Samanta Kristoforetti və ABŞ vətəndaşı Skott Kelli daxildir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol