ABŞ terrorçu siyahısını genişləndirdi

ABŞ 2012-ci ildə Bolqarıstanda baş vermiş terrorun Hizbullah üzvləri tərəfindən törədildiyini elan etdi və həmin 3 terrorçunun adını siyahıya saldı.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, terror hadisəsi Bolqarıstanın Burqaz şəhərində baş vermişdi. Hadisə zamanı türk əsilli avtobus sürücüsü və 5 israil vətəndaşı həlak olmuşdu.
Avropa Birliyi 2013-cü ildən Hizbullahın hərbi qanadını terror təşkilatları siyahısına daxil edib. Hizbullah isə hadisələrlə bir bağlılığının olmadığını iddia edir. Barələrində həbs qərarı çıxarılan və Bolqarıstandakı terror hadisəsini törətməkdə günahkar bilinən 3 nəfər Liviyada həbs olunublar.
www.ann.az
























