• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəbistan Yəmənə qoşun yeridir

Ərəbistan Yəmənə qoşun yeridir
04.05.2015 10:28
Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarına qarşı mübarizəyə dəstək olmaq məqsədilə bu ölkəyə qoşun yeridib. 

Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin Ədən şəhərində hava limanına eniş etdikləri bildirilir. Bu barədə husi-yönümlü Cənub Xalq Müqaviməti hərəkatı məlumat yayıb. 

Səudiyyə Ərəbistanı iddiları rədd edir. Bəzi mənbələr isə, sözügedən qüvvələrin kəşfiyyatçılar olduğunu xəbər kimi yayıb. Hava limanı ətrafında koalisiya qüvvələri ilə husilər arasında döyüşlərin də getdiyi qeyd olunur.

Səudiyyə Ərəbistanı hərbi qüvvələri indiyə qədər husilərə qarşı aviazərbələr endirməklə kifayətlənirdi.

Beynəlxalq hüquq müdafiəçiləri - Hyuman Rayts Uoç isə, koalisiya qüvvələrini hərbi hava əməliyyatları zamanı üsyançılara qarşı kasset tipli silahlardan istifadə etməkdə günahlandırıb.

2008-ci ildən bu cür silahların istifadəsi beynəlxalq konvensiya əsasında qadağan olunub.

Yəməndə husilər yanvar ayında paytaxt Sənanı ələ keçiriblər. Prezident Əbd Rəbbo Mənsur Hadi zorakılıqlar səbəbilə ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.

İndiyə qədər döyüşlərdə 1000-dən çox insan öldürülüb.//Anspress

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol