Yəməndə kaset bombaları istifadə olundu

İnsan haqlarının müşahidə təşkilatı Səudiyyə Ərəbistanının Yəməndə kaset bombalarından istifadə etdiyini bəyan edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Human Rights Watch Yəmənə hərbi hücumları zamanı dünyadakı bir çox ölkələrdə qadağan olunan kaset bombalarının istifadə olunduğunu elan edib.
Human Rights Watch ABŞ istehsalı olan bu bombaların Husi üsyançılarına qarşı ən azı iki dəfə istifadə edildiyinə dair sübutların olduğunu açıqlayıb.
Təşkilat qadağan olunmuş bu bombaların Əl Amar və Əl Safraa şəhərlərində istifadə edildiyini bəyan edib.
Bu hərbi silahın istifadəsinə qadağan olunması ilə bağlı 116 ölkə sənəd imzalayıb. ABŞ və Səudiyyə Ərəbistanı bu siyahıya daxil deyillər.
BMT son altı həftə ərzində 1200-dən çox adamın öldürüldüyünü və 300 mindən çox adamın yaşadıqları yerdən mühacirət etdiyini açıqlayıb.
www.ann.az
























