• $
  • €
  • ₽
  • ₺
  • £

“TAP - mənim hökumətimin ən böyük uğurlarından biridir”

“TAP - mənim hökumətimin ən böyük uğurlarından biridir”
04.05.2015 21:14
"Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsinin reallaşdırılması rəhbərlik etdiyimi hökumətin əldə etdiyi ən böyük uğurlardan biridir”.

"APA-Economics”in İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın baş naziri Matteo Renzi Milan Fond Birjasındakı çıxışı zamanı deyib.

"TAP - mənim hökumətimin əldə etdiyi ən böyük uğurlarından biridir. TAP kəməri Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur”, - deyə baş nazir qeyd edib.

Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) "Mərhələ-2” çərçivəsində "Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, "Statoil” - 20%, "Fluxys” - 19%, "Enagas” - 16% və "EGL-Axpo” - 5%.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol