7.5 bal gücündə zəlzələ oldu

Sakit Okeanda güclü silkələnmə olub və sunami xəbərdarlığı verilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Papua-Yeni Qvineya sahillərində 7.5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin mərkəzi Solomon dənizinin 130 kilometrliyi müəyyən edilib. Amerika Geoloji Araşdırmalar Mərkəzinin yaydığı xəbərə görə, zəlzələ bu səhər (Bakı vaxtı ilə 06.44-də) 42 kilometr dərinlikdə olub. Mərkəzin yaydığı məlumata görə, okeanda silkələnmə nəticəsində 300 kilometr radiusda sunami təhlükəsi var və ən balaca dalğanın hündürlüyü 1 metr ola bilər.
www.ann.az
























