İrəvanda keçmiş deputat həbs olundu

Ermənistan parlamentinin keçmiş deputatı, "Çiçəklənən Ermənistan” partiyasının üzvü, sahibkar Qoar Enokyan həbs olunub.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə partiyanın sədri Naira Zoqrabyan məlumat verib.
Onun sözlərinə görə, Qoar Enokyan həbsxanaya aparılıb. Zoqrabyana həbsin səbəbləri məlum deyil.
Məlumatlara əsasən, işi xüsusi istintaq xidməti aparır.
www.ann.az
























